Ali Baş Komandan, Prezident Cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində düşmənə ağır zərbə vuraraq torpaqlarmızdan qovdu. Çox şükür ki, Vətənin cəsur oğulları və Ali Baş Komandan İlham Əliyevin qətiyyəti sayəsində həsrət sona yetdi, torpaqlarmızdan düşmən tamamilə təmizləndi, öz qələbəmizi qürurla qeyd etdik. Prezident Cənab İlham Əliyev vədinə sadiq qalaraq Ata Nəsihətini yerinə yetirdi, indi Ulu Öndər Heydər Əliyevin və Qarabağ nisgili ilə öz haqq dünyasına qovuşan insanların, bütün Şəhidlərimizin ruhu şaddır. Prezident İlham Əliyev hər birimizin çox gözəl yadında qalan bir qələbə xəbərini Şəhidlər Xiyabanına gələrək belə demişdir “Əziz Şuşa sən azadsan!”, bu xəbər hər bir Azərbaycanlının qəlbində böyük sevinc və qürur doğurmuşdur. Qeyd edim ki, Prezident İlham Əliyev ilk dəfə yanvarın 15-də Şuşa şəhərinə səfər edib, burada icra ediləcək lahiyələrlə bağlı tapşırıq və tövsiyyələrini verib, həmçinin bir sıra vacib mesajlar və bəyanatlar səsləndirib. Dövlət başçısı bu səfərində açıq bəyan edib ki, Şuşa tarixən Azərbaycan şəhəri olub və bundan sonra azərbaycanlılar bu şəhərdə əbədi olaraq yaşayacaqlar. Öz gözəlliyi və cazibədarlığı zəngin mədəniyyət mərkəzimiz olan musiqi beşiyimiz sayılan Şuşa şəhərini 28 il ərzində erməni vandalları vəhşicəsinə dağıntıya məruz qoyaraq, şəhərin maddi-mədəniyyət nümunələrini dağıtaraq milli-mənəvi dəyərlərmizi zəngin sərvətimizi tamamilə talamışdır. Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva martın 16-da növbəti dəfə Şuşa şəhərində olublar. Prezident İlham Əliyev Şuşa şəhərinə səfəri zamanı qeyd etdiyi kimi “Şuşa şəhəri dünyanın ən gözəl şəhərinə çevriləcəkdir. Biz Şuşanı yenidən dirçəldəcəyik!” deməsi bir daha şəhərin yenidən bərpasına artıq başlanılmışdır. Hazırda Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə Vaqifin muzey-məqbərə kompleksi Fondun hesabına və yeni lahiyə əsasında pərpa ediləcək. Prezident İlham Əliyevində bildirdiyi kimi Vaqifin məqbərəsi əvvəlki görkəmi bərpa ediləcək, önündə isə Vaqifin büstü qoyulacaq. Ölkə Başçısı arxivdən əldə etdiyi 38 il bundan öncə Şuşada Ulu Öndər Heydər Əliyevlə birgə olarkən çəkilmiş fotoları nümayiş etdirərək erməni vandallarının öz gözəlliyi ilə Şuşaya gələn hər kəsi heyran qoyan şəhəri bəbərba vəziyyətə salan erməni vandallarını vəhşiliyini qeyd etdi və bildirdi ki, vəhşi düşmən şəhəri tamamilə dağıdıb viran edilmişdir.Tezliklə Şuşada Ağa Gövhər Ağa və Yuxarı Gövhər Ağa məscidlərinin tarixi görkəminin bərpasına başlanılacaqdır. Şuşanın işğalı dövründə dağıntıya məruz qalan abidələrdən biri də Qarabağ xanlığının banisi Pənahəli xanın sarayıdır. Həmçinin öz bulaqları ilə məhşur olmuş şəhərin bulaqların əvvəlki fəaliyyəti bərpa ediləcəkdir. Şəhərin ən məşhur bulaqlarından biri Natavan bulağıdır. Bu bulaqda Heydər Əliyev Fondunun vəsaiti hesabına və yeni lahiyə əsasında bərpa ediləcəkdir. Erməni vandalizminin ağır nəticələrini özündə əks etdirən tarixi abidələrdən biri də Şuşa şəhərinin mərkəzi meydanında yerləşən, XIX əsrə aid Karvansaray tarix-memarlıq kompleksidir. Bu abidənin bərpasına artıq başlanılmışdır. Bu abidələrlə yanaşı, ən çox dağıntıya məruz qalan abidələrdən biri də Şuşa Dövlət Rəsm Qalereyasının binasıdır. Tikili yenidən bərpa olunaraq tezliklə istifadəyə veriləcəkdir. Füsunkar təbiəti zəngin mədəniyyəti ilə seçilən Şuşa şəhərində turizmin inkişafı üçün ılveriçli imkanların olduğunu qeyd edən Prezident İlham Əliyev burada səfərdə olarkən bildirdi ki, ən müasir otellər Şuşada turistlər üçün fəaliyyət göstərəcəkdir. Vaxtı ilə ötən əsrin əvvəllərində inşa edilmiş “Qarabağ” mehmanxanası tamamilə yararsız hala salınmış erməni vandalları buranı otel kimi istifadəyə vermişdi. Tezliklə dünyanın ən gözəl şəhərlərindən birinə çevriləcək. Şuşa həm də xarici turistlərin diqqətini cəlb edəcəkdir. Hazırda Qarabağ xalçalarının toxunduğu Şuşa Xalça Muzeyi bərpa edilir. Məhz Prezident Cənab İlham Əliyev işğaldan azad edilmiş Şuşaya səfəri zamanı Xocavənd rayonunda olarkən Prezident İlham Əliyev Xocavənddə keçmiş Harut rayonuna, qədim yaşayış məskəni olan Tuğ, Azıx, eləcədə Edilli, Düdükçü kəndlərinə səfər edərək bu torpaqların qədim Azərbaycanlılara məxsus olduğunu bildirmiş, həmçinin qeyd Prezident İlham Əliyev qeyd etmişdir ki, ”Şuşa əməliyyatının uğurlu keçirilməsi üçün Harutun azad edilməsi önəmli idi”. “Biz gələcəyə nikbin baxırıq “ deməsi ilə hər bir Azərbaycanlının qəlbində qürur hissi doğuran xalqın arzusunu yerinə yetirən vətənin xilaskar oğlu Prezident Cənab İlham Əliyevin sayəsində Qarabağ yenidən dirçəlir, bu dirçəliş tezliklə böyük qaydışla əvəzlənərək doğma sakinlər öz yurd yerlərinə, Vətənlərinə qovuşacaqdı. İndi Qarabağın hər şəhəri hər kəndi öz doğma sahiblərinin yolunu gözləyir. Tanrıya çox şükür ki, bundan sonra Prezident Cənab İlham Əliyevin sayəsində işğaldan azad olunmuş torpaqlarmızda Novruz tonqalları yanacaq hər kəs öz yurd yerində şad-xürrəm yaşayacaq və əbədi olaraq bu torpaqlarda üçrəngli ay ulduzlu bayrağımız dalğalanacaq. Qarabağı bizə qaytardığı üçün Prezidentimiz İlham Əliyevə Azərbaycan Ordusuna mminəttdarıq. Vətən uğrunda Şəhid olmuş oğullarımızın ruhu qarşısında baş əyirik.